QuraniKərimi yandıran adama nifrət cinayətinə görə həbs cəzası verildi

06.11.2024

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qurani-Kərimi yandıran və müsəlmanları təhqir edən danimarkalı ifrat sağçı Rasmus Paludanın məhkəməsində hökm elan olunub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, məhkəmə Paludanı nifrət cinayəti törətdiyi üçün 4 ay həbs cəzasına məhkum edib.

Malmö Rayon Məhkəməsindən verilən açıqlamada, onun Qurani-Kərimin ətrafına donuz ətini büküb yandırarkən müsəlmanlara qarşı aşağılayıcı və hörmətsiz sözlər işlətdiyi bildirilib.

Fərqli şəxslər və qurumlar tərəfindən Qurani-Kərimi və müsəlmanları təhqir etdiyi üçün Paludana qarşı nifrət cinayəti işi açılıb.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью