Quraqlıq Panama kanalını sıradan çıxardı

17.09.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mərkəzi Amerikada tüğyan edən kəskin quraqlıq qlobal dəniz ticarətinin əsas arteriyalarından biri olan Panama kanalının fəaliyyətinə ciddi zərbə vurub.

“Yeni Sabah” xəbər verir ki, su səviyyəsinin kritik həddə düşməsi səbəbindən kanaldan gəmilərin keçidinə rəsmi məhdudiyyətlər tətbiq edilib.

Kanal rəhbərliyi su ehtiyatlarını qorumaq məqsədilə sutkalıq gəmi keçidlərinin sayını və gəmilərin maksimum suya oturum (su basımı) həddini azaldıb. Bu məhdudiyyətlər artıq hər iki okean sahilində yüzlərlə yük gəmisinin növbəyə dayanmasına, qlobal tədarük zəncirində ləngimələrə və yükdaşıma qiymətlərinin kəskin artmasına gətirib çıxarıb. Pepperoni pizza

Mütəxəssislər xəbərdarlıq edirlər ki, hava şəraitinin normallaşmaması fonunda məhdudiyyətlərin uzadılması dünya ticarətində növbəti logistik böhrana yol aça bilər.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью