Quraqlıq Qanada epidemiyaya səbəb olub, ölüm halları artır

18.02.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qərbi Afrika ölkəsi olan Qananın Yuxarı Qərb əyalətində 16 nəfər meningit epidemiyası nəticəsində həyatını itirib. Ölkədə ölüm halların sayının artması ilə bağlı narahatlıqlar var.

Bizimyol.info xəbər verir ki, Yuxarı Qərb əyalətinin səhiyyə direktoru Dr. Damien Punguyire yerli televiziyaya bildirib ki, əyalətdə 129 meningit hadisəsi aşkar edilib, onlardan 16-sı ölümlə nəticələnib.

Epidemiya səbəbindən 29 nəfər müalicə altına alınsa da, yoluxmaların sayı hər həftə artmaqda davam edir. Bölgədə ümumiyyətlə isti və küləkli hava səbəbindən quraq mövsümdə meningit hallarının artması müşahidə olunur. Hava yolu ilə keçə bilən meningit beyindən başlayaraq bütün bədəni təsir edə bilər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью