Qurban bayramı ilə əlaqədar qatarların hərəkət cədvəli dəyişir

03.06.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Qurban bayramı ilə əlaqədar istirahət günü elan edilmiş 6, 7 və 9 iyun tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti həftənin şənbə gününün cədvəli əsasında təşkil ediləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumata görə, 8 iyunda isə qatarlar ənənəvi bazar günü qrafiki ilə hərəkət edəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью