Qurban bayramının namaz vaxtı açıqlanıb RƏSMİ KONKRET | Icma.az
Icma.az bildirir, Konkret.az portalına istinadən. İyunun 6-sı günü Qurban bayramı qeyd olunacaq.
Dövlət səviyyəsində 2 gün bayram elan olunub, şəriət qaydasında insanlar 3 gün də, yəni iyunun 6, 7, və 8-i qurban kəsə bilərlər.
KONKRET.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib Sədr müavini bildirib ki, hər il olduğu kimi bu il də bütün məscidlərimizdə Qurban bayramının namazı qılınacaq.
“Bayram namazı elan olunan əsas, birinci gündə, yəni iyunun 6-da qılınacaq.
Hər bir məscid icmasının rəhbərliyi və imamı məscidə gələn camaatı nəzərə alaraq namaz vaxtını saat 8 və ya 9-a təyin edə bilər.
Yəni saat 8-də də, 9-da da namaz qılına bilər. Camaatın gəlişi ilə əlaqədar bu məsələ tənzimlənə bilər.
Məscid icması özü bu məsələdə azaddır. Rayonların çoxunda bəzi məscidlərdə saat 8-də, bəzilərində isə 9-da qılınır.
Bakı və şəhərətrafı kəndlərin əksər məscidlərində saat 9-da qılınır.
Tam oxu
Xəbəri oxu