Qurban bayramının səbəb və məqsədini uşaqlara bu yaşlarda çatdırmalıyıq Psixoloq AÇIQLADI

05.06.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Qarşımızdakı uşağın yaş səviyyəsi, emosional vəziyyətini nəzərə alaraq məsələyə yanaşmaq lazımdır. Çünki unutmamalıyıq ki, qarşımızdakı uşaqdır".

Bu fikirləri Redaktor.az-a psixoloq Nabat Mirzəyeva Qurban bayramının uşaqlara necə anladılmasından danışarkən bildirdi.

"Ən vacibi şəfqətlə, Allaha sevgi ilə, qorxutmadan, rahat şəkildə açıqlamaq lazımdır. 3-6 yaş aralığında Qurban bayramının mənəvi tərəflərini uşaqlara açıqlamalıyıq. Ehtiyacı olan insanların ac qalmaması baxımından açıqlamalıyıq. Heyvan kəsimi mövzusuna çox daxil olmamalıyıq. Bunu gücümüz yetərincə yerinə yetirməliyik. Biz onlara heyvan kəsimindən danışsaq, bu, onlarda qorxu və psixoloji travma yarada bilər. 7-10 yaşdan yuxarı uşaqlar dinlər haqqında məlumatlı olduqlarına görə, onlara az da olsa bunun haqqında ətraflı məlumat verə bilərik. Necə oldu, Qurban bayramı yarandı, bunu izah etməliyik".

O bildirdi ki, Qurban bayramının səbəb və məqsədini uşaqlara asan formada çatdırmalıyıq.

"Heyvan kəsimi şiddət olsun deyə yox, ehtiyacı olanlar doysun deyədir. 11 yaşdan yuxarı isə həmin uşaqların bütün məlumatları almaq yaşına sahib olduqlarına görə, ətraflı məlumat verə bilərik. Onlar anlayışlı yaşda olduqlarına görə, daha rahat başa düşəcəklər. Vurğulamalıyıq ki, ehtiyacı olan insanlara sevgi və şəfqətlə yanlarında olmaq, pay vermək Qurban bayramı hesab olunur. Onlara aşılamalıyıq ki, harada və kim olursunuzsa olun, sevgini, mərhəməti ruhunuzdan, daxili dünyanızdan əsirgəməyin". - deyə psixoloq fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью