Qurban ətini niyə dərhal bişirmək olmaz? | Icma.az
News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir. Qurban bayramı günlərində süfrələrdə ət yeməkləri hər zaman ön planda olur.
Xüsusilə də qurban kəsən ailələr bayramdan sonra da yeni kəsilmiş ətdən müxtəlif təamlar hazırlayır.
Lakin bu dövrdə həm sağlam qidalanmaq, həm də qida təhlükəsizliyi qaydalarına riayət etmək xüsusi əhəmiyyət daşıyır.News24.az xəbər verir ki, mütəxəssislər bayram süfrələrinin həm zəngin, həm də sağlam təşkil olunması üçün bir sıra vacib məqamlara diqqət yetirilməsini tövsiyə edir.Ət seçimi və saxlanmasıBayram günlərində ən çox diqqət edilməli məsələlərdən biri ətin düzgün seçilməsi və saxlanmasıdır.
Mütəxəssislər bildirir ki, yeni kəsilmiş əti dərhal bişirmək düzgün deyil.
Ətin soyuducuda ən azı 12-24 saat saxlanması, bununla da sərtliyinin azalması və həzm sisteminə təsirinin minimuma endirilməsi tövsiyə olunur.
Qurban əti soyuducuda 3 gün, dondurucuda isə 3 aya qədər saxlanıla bilər.Ən çox hazırlanan ət yeməkləriBayram süfrələrinin ayrılmaz hissəsi olan ət yeməkləri sırasında sobada quzu qabırğası, sac qovurma, çöp şiş kababı, sobada quzu maçaları və plov kimi təamlar üstünlük təşkil edir.
Aşpazlar qeyd edir ki, bu yeməklər daha çox sobada, manqalda və ya buğlama kimi bişirildikdə həm daha sağlam, həm də ləzzətli olur.Qidalanma balansı və sağlamlıq tövsiyəsiQida mütəxəssisləri ət yeməklərini təkbaşına deyil, mütləq tərəvəz və C vitamini ilə zəngin salatlarla birlikdə qəbul etməyi məsləhət görür.
Bu, orqanizmdə dəmirin sorulmasını asanlaşdırır və ağır yeməklərin təsirini azaldır.
Tam oxu
Xəbəri oxu