Qurban Hacıyev “Rusenborq” və “Vikinq” üçün gedir

21.05.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bude/Qlimt”in azərbaycanlı azarkeşi Qurban Hacıyev mayın 22-də Norveçə səfər edəcəyini daha əvvəl saytımıza verdiyi açıqlamada bildirmişdi. Həmin vaxt o, viza ilə bağlı müraciətinə cavab gözlədiyini qeyd etmişdi.

Görəsən, vizanı aldımı? Mayın 22-də yola düşəcəkmi? Bu sualları Qurban bəyə ünvanladıq:

“Vizamı bu gün aldım. Uçuş biletimi norveçlilər təmin edib. Birisigün Norveçə yola düşürəm, mayın 30-da qayıdacam. Səfər zamanı “Rosenborq” və “Vikinq” ilə oyunlarında iştirak edəcəyəm. Hər iki matçı VIP tribunadan izləyəcəyəm. Oyunlardan sonra isə klubun nümayəndələri ilə şam yeməyi təşkil olunacaq.”


ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью