Qurban müəllimin dediyində həqiqət var Azər Bağırov

15.03.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 27-ci turunda "Qarabağ"la 0:0 hesablı heç-heçə etdikləri oyundan danışıb.

QOL.az xəbər verir ki, o, görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib: 

- Bütün azarkeşlərimizə təşəkkür edirəm. 1 xal da bizim üçün qənimətdir. "Qarabağ"a qarşı oynamaq həmişə çətindir. Normal oyun getdi. Uduza da bilərdik. "Qarabağ"a qarşı əks-hücumda oynamağa məcbursan.

- Qurban Qurbanov dedi ki, meydança sulanmayıb. Bu fikirlə razısınız?

- Qurban müəllimin sözünün qarşısında söz deyə bilmərəm. Dediyində həqiqət var.

- Ev matçlarınızın erkən saatlarda olması işığa qənaət etmək üçündür?

- "Kəpəz"də heç nəyə qənaət olunmur. Məşqçinin bütün istəkləri yerinə yetirilir. PFL oyunu hansı saata salsa, oynamağa hazırıq.

- Komandanın içində olan problemləri tapa bildiniz?

- Komandamız üçüncü dövrədə ən yaxşılardan idi. İçəridə olan problemləri özümüz müzakirə edirik. Həmin problemlər tapılıb. Bugünkü oyun da bunun nəticəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью