Qurban Qurbanov 158 ci, Fernandu Santuş reytinqdə 184 cüdü

16.01.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyanın ən güclü məşqçilərinin reytinq cədvəli açıqlanıb. Sport24.az xəbər verir ki, siyahıda planetin 500 ən güclü mütəxəssisi yer alıb.

Cədvəldə yer alan yeganə azərbaycanlı məşqçi Qurban Qurbanov 1646 xalla dünyada 158-cidir. 52 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə 2  pillə irəliləyib.

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 54-cüdür. Millinin baş məşqçisi Fernandu Santuş 1624 xalla siyahıda 184-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıya "Mançester Siti"nin 2153 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью