Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qurumu bu gün keçirilən Hesabat Konfransına qatılmamasına münasibət bildirib.
QOL.az xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında jurnalistin “Qurban Qurbanov AFFA-nnın bəzi iclaslarında iştirak etmir.
Təmsil olunduğu İcraiyyə Komitəsi ilə bağlı sualları cavablandırmır.
Arada soyuqluq var?” sualına cavab olaraq deyib: “Hansısa problem yoxdur. O, İcraiyyə Komitəsinin iclaslarında iştirak edir.
Münasibətimiz yaxşıdır. Hansısa soyuqluqdan söhbət gedə bilməz. Özündən də soruşa bilərsiz.
İclaslarda iştirak etmədiyinə gəlincə, hərənin öz planları var. Üzrlü səbəblərlə bağlı məlumat verilir”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.