Qurban Qurbanov: Avropa oyunlarında temp başqadır | Icma.az
Operativmedia saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Operativ Media" xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşçisi Qurban Qurbanov “Sabah” oyunu (1:1) sonrası deyib.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb: – Heyətdə rotasiyalar etməyinizin səbəbi nə idi?
– “Qəbələ” ilə kubok matçında da dəyişikliklər etmişdik. Futbolçulara görə bir az ehtiyatlanırıq.
Kevin Medina fiziki cəhətdən ən hazırlıqlı oyunçularımızdan idi. 2 oyunu 90 dəqiqə oynadı və əzələ problemi oldu.
Avropa oyunlarında temp başqadır. Bu gün bəlkə də hücum xəttini gücləndirməli idim, amma Bədavini Bəhlulla əvəzlədim.
Heç bir futbolçunu ritmdən salmaq istəmirik. Futbolçuların durumuna görə belə addım atmışdıq.
– Yassin Benzia bu gün dayaq yarımmüdafiəçisi mövqeyində oynayırdı. Bu, nə ilə bağlı idi? – Sistem öz yerində idi.
Tam oxu
Xəbəri oxu