Qurban Qurbanov axtarışdadır Yeni Çağ Media

17.01.2025

Icma.az bildirir, Yenicag portalına istinadən.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandaya yeni futbolçu transfer edib-etməyəcəkləri ilə bağlı suala aydınlıq gətirib.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu barədə bildirib:

“Az müddət oldu. Juninyo getdi, çempionat dekabrın 21-də tamamlandı, yanvarın 17-də yenə oynadıq. Müddət çox az idi. Hazırda oyunçu götürməyimiz üçün limitin bura aidiyyəti yoxdur. İstədiyimiz mövqelərə bəyəndiklərimiz olsa, mütləq götürəcəyik. Ötən aylarda da neçə oyunçumuz zədələndi, balansı qoruya bilmədik. Bəzi rotasiyalar edirdik. Bu ay 15 gündə 5 oyunumuz var. Transfer xətrinə transfer etmək istəmirik. Çox istərdik ki, ürəyimizcə olan oyunçular olsun. Axtarışdayıq”.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью