Qurban Qurbanov baş məşqçi karyerasında 500 cü qələbəni qazanıb

22.01.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb.

Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin yubileyi Çempionlar Liqasının Liqa mərhələsinin VII turuna təsadüf edib.

Azərbaycan çempionu "Ayntraxt"la (Frankfurt, Almaniya) ev matçında 3:2 hesabı ilə qalib gəlib. Bu, "Qarabağ"ın Qurbanovun baş məşqçiliyi dövründə 471-ci qələbəsi olub. Mütəxəssis "Neftçi"də 25, Azərbaycan milli komandasında 4 qələbədə pay sahibi olub. Klub karyerasındakı 496 qələbədən 364-ü Premyer Liqa, 54-ü ölkə kuboku, 78-i avrokuboklarda qeydə alınıb. Mütəxəssisin 500-cü qələbəsi karyerasındakı 857-ci matça təsadüf edib. O, komandaları ilə keçirilən oyunların 58,34 faizində qalib gəlib.

Qeyd edək ki, Qurbanov baş məşqçi kimi ilk qələbəsini 2006/2007 mövsümündə "Neftçi"nin "sükanı arxası"nda əldə edib. 2006-cı il avqustun 6-da "Gənclərbirliyi"ni qəbul edən paytaxt təmsilçisi böyük hesabla qalib gəlib – 6:1.

"Qarabağ"ın müdafiəçisi Çempionlar Liqasında ən yaxşılar arasında "Kəpəz" millinin sabiq üzvünü heyətinə qatıb "Səbail" heyətini yeni futbolçu ilə gücləndirib Günün oyunları bu kanallarda Azərbaycanlı hakim Ermənistan millisinin oyununa təyinat alıb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью