Qurban Qurbanov: “Bir xal da pis nəticə deyil” İdmanXəbər | Icma.az
Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. “Hər iki komandanın futbolçularına təşəkkür edirəm.
Mübarizəli, dinamik matç oynadılar. Möhtəşəm ab-hava var idi. Çox istərdik ki, 3 xal qazanaq. Amma bir xal da pis nəticə deyil”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 12-ci turunun “Turan Tovuz”la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
– Qarşıdakı matçınız “Bodo-Qlimt”lə olacaq. Onlar da süni ot örtüyündə oynayır. “Turan Tovuz”la görüş bu mənada yaxşı oldu?
– Haradasa belə düşünmək olar. Meydança amili də təbii ki, önəmlidir. Bizim üçün çox yaxşı oldu.
Futbolçuların hazırlıq səviyyəsi də düzəlir. – Yassin Benziyanın oynamamasının səbəbi nə idi? – Əzələsində ağrılar hiss etdi.
İki gün əvvəl baş verdi. Həkimlərin dediyinə görə, 2-3 gündən sonra düzəlməlidir.
– Leandro Andrade matçın ilk hissəsində zədələndiyinə görə meydandan çıxarıldı. Onun durumu nə yerdədir? – Belində ağrı hiss etdi.
Tam oxu
Xəbəri oxu