Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Bodo Qlimt"ə qarşı Avropa Liqasının səfər oyunundan öncə mətbuatı konfransında iştirak edib.
Mütəxəssis sabahkı oyundan əvvəl bu sözləri deyib: "Son vaxtlar oynadığımız komandalar içində ən intizamlısına qarşı oynayacağıq.
Meydandakı bütün futblçular yerli, norveçli oyunçulardır. Norveçin milli və klublarının səviyyəsindən görünür ki, bu ölkədə futbol son illər
Rəqibin özünə xas oyun sistemi var. Sabahkı oyunda üstün olmaq üçün hər kompenentdə diqqətli olmalıyıq.
Rəqibin üstün cəhətləri çoxdur, meydança və son oyunlar baxımından.
İnanıram ki, futbolçularım yaxşı nəticə üçün meydanda hər şeyi edəcəklər. Hər iki komandaya uğurlar".
Qeyd edək ki, "Bodo Qlimt" - "Qarabağ" oyunu 7 noyabr Bakı vaxtı ilə saat 21:45-də baş tutacaq.\\Offsideplus.az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.