Icma.az bildirir, Apasport portalına istinadən. UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunun "Atletik" - "Qarabağ" matçından öncə
Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb: "Vacib oyun olacaq. Çox yaxşı komandaya qarşı oynayacağıq.
Yaxşı, özünəxas oyunu olan kollektivdir. “Atletik” müdafiədə və hücumda aqressiv oynamağı bacarır. Təcrübəmiz hər il artır.
Rəqib çox istəkli olacaq, hətta istəklidir. Xal fərqini yaxşılaşdırmaq üçün qələbə qazanmaq istəyirlər. Çox hərəkət etməli olacağıq.
Çalışacağıq ki, meydanda möhkəm olaq. Bu cür rəqibin tempinə davam gətirə bilməliyik.
Azarkeşlərimizin mübarizəmizdən razı qalacaqlarını düşünürəm". – Marko Yankoviç sabah meydanda olacaq? – Yankoviç tam məşq edib.
Düzdür, idman formasından bir az uzaq ola bilər. Amma çalışacağıq ki, təcrübəsindən istifadə edək. Amma hələ qərarımı verməmişəm.
– Nəriman və Kamilo Duran arasında seçim etmisinizmi? Meydana kim çıxacaq? – Hər ikisi yaxşı formadadır. Sabaha qədər vaxtımız var.