Qurban Qurbanov: “Bu, bizə çətinlik yarada bilər” | Icma.az
futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında “Atletik”ə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis jurnalistlərlə görüşdə bunları deyib: – Vacib oyun olacaq. Çox yaxşı komandaya qarşı oynayacağıq.
Yaxşı, özünəxas oyunu olan kollektivdir. “Atletik” müdafiədə və hücumda aqressiv oynamağı bacarır. Təcrübəmiz hər il artır.
Rəqib çox istəkli olacaq, hətta istəklidir. Xal fərqini yaxşılaşdırmaq üçün qələbə qazanmaq istəyirlər. Çox hərəkət etməli olacağıq.
Çalışacağıq ki, meydanda möhkəm olaq. Bu cür rəqibin tempinə davam gətirə bilməliyik.
Azarkeşlərimizin mübarizəmizdən razı qalacaqlarını düşünürəm. – Marko Yankoviç sabah meydanda olacaq? – Yankoviç tam məşq edib.
Düzdür, idman formasından bir az uzaq ola bilər. Amma çalışacağıq ki, təcrübəsindən istifadə edək. Amma hələ qərarımı verməmişəm.
Tam oxu
Xəbəri oxu