Qurban Qurbanov: Bu gün hər iki komanda qalib gələ bilərdi İdman və Biz | Icma.az
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır. "Son dəqiqələrdə tam istədiyim oyun oldu. Oyunu iki hissəyə bölərdim.
İlk hissədə və ikinci hissənin əvvəlində temp aşağı idi. Rəqib də buna səbəb oldu".
İdman.biz xəbər verir ki, bunun "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sabah"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 16-cı turunda səfərdə "Sabah"la qarşılaşmada qeydə alınan 1:1 hesablı heç-heçəni şərh edib: "İlk dəqiqələrdə fərqli oyun üslubu seçmişdi.
Bizim futbolçular da o tempə öyrəşdilər. İkinci hissədə azarkeşlər üçün daha maraqlı futbol oldu. Rəqibin hücum xətti çox bacarıqlıdır.
Bu gün hər iki komanda qalib gələ bilərdi. Bəlkə də ədalətli nəticə bərabərlikdir. Ağır qrafikdəyik.
Futbolçularda bir az yorğunluq hiss olunur. "Qəbələ" ilə kubok matçında da dəyişikliklər etmişdik. Futbolçulara görə bir az ehtiyatlanırıq.
Kevin Medina fiziki cəhətdən ən hazırlıqlı oyunçularımızdan idi. 2 oyunu 90 dəqiqə oynadı və əzələ problemi oldu.
Tam oxu
Xəbəri oxu