Qurban Qurbanov: “Çelsi”nin Bakıya səfəri futbolumuzun inkişafı üçün önəmlidir

04.11.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 4 noyabr, AZƏRTAC

Sabah böyük komandaya qarşı oynayacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda İngiltərənin “Çelsi” klubu ilə keçiriləcək IV tur matçından öncə təşkil olunmuş mətbuat konfransında deyib.

O, bu cür komanda ilə qarşılaşmağın Azərbaycan futboluna böyük fayda verəcəyini bildirib: “Sabah yaxşı oyun göstərmək, azarkeşləri sevindirmək istəyirik. “Çelsi”nin Bakıya səfəri futbolumuzun inkişafı üçün önəmlidir”.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью