Qurban Qurbanov da qızıl medal qazandı

22.04.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Qurban Qurbanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Ölkə.az xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz birinci yer uğrunda qarşılaşmada Adlet Tyulbayevə (UWW) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Bununla da, təmsilçilərimiz günü 2 qızıl və 1 bürünc medalla başa vurublar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью