Qurban Qurbanov darmadağını belə şərh etdi | Icma.az
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Səbail"i məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri görüşlə bağlı belə danışıb: "Futbolçularımı təbrik edirəm.
Bu gün qalib gəlmək çox vacib idi. İstərdim ki, daha yaxşı oyun olsun. Meydança amili keyfiyyətli oyun oynamağa mane olurdu.
Milliyə görə fasilədən sonra komanda demək olar ki, bu gün tam yığılmışdı. Futbolçular sona qədər oyunun içində oldular.
Bu, mənim üçün vacib idi. Yaxşı komandaya qalib gəldik. Qarşımızda istəkli rəqib var idi.
İnanıram ki, Cavid Hüseynov daha yaxşı komanda formalaşdıracaq. Ona uğurlar arzulayıram. Bu gün hazır olan futbolçuları meydana buraxdıq.
Sonradan xeyli rotasiyalar etdim. Bəzi futbolçuların oyun ritmini qorumaq lazımdır. Bədavi Hüseynovun zədələnməsi istəməzdik.
Tam oxu
Xəbəri oxu