Qurban Qurbanov: Dəyişikliklərə hər zaman hazır olmalıyıq | Icma.az
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ" Misli Premyer Liqasının 22-ci turunda öz meydanında "Səbail"ə 3:0 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məqşçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: - Futbolçularımı təbrik edirəm.
Çox vacib qalibiyyət idi. Rəqib yaxşı müdafiə olunurdu. İlk qoldan sonra oyun bir az dəyişdi. Bundan sonra rəqib riskə getdi.
Boşluqlardan düzgün istifadə etdik. "Səbail"ə və Cavid Hüseynova uğurlar arzulayıram. - Riçard Almeydanın ayrılığının səbəbi nədir?
- Bir az gözlənilməz oldu. İki gün əvvəl danışığımız olmuşdu. Dünən tam dəqiqləşdi. Ölkəsinə, keçmiş komandasına qayıtmaq istədi.
Daha çox oynamaq istəyir. Biz belə oyunçulara həmişə hörmətlə yanaşmışıq. Rəhbərliklə danışdım və belə addım atdıq.
Təki Riçard üçün, onun ailəsi üçün yaxşı olsun. Burada özünü rahat hiss edirdi. Amma yəqin karyerasını öz ölkəsində başa vurmaq istəyir.
Tam oxu
Xəbəri oxu