Qurban Qurbanov: Əlimizdən gələni etdik İdman və Biz

29.11.2024

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Rəqibin ustalıq səviyyəsi yüksək idi".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının V turunda "Lion"a 1:4 hesablı məğlubiyyəti şərh edib: "Azarkeşlərə təşəkkür edirəm ki, belə havada bizə sonadək dəstək oldular. Üzücü hesab qeydə alındı. İkinci hissəsinin ortasında komandada boşluqlar yarandı və rəqibin hücumlarının qarşısını ala bilmədik. Ümumilikdə oyundan razı qaldım. Çünki rəqibin güclü olmasına baxmayaraq, əlimizdən gələni etdik. Düşünürəm ki, hesab oyuna görə deyildi".

Aytac Sahəd
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью