Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
"Qarabağ" Misli Premyer Liqasının 31-ci turu çərçivəsində öz meydanında "Neftçi"ni 3:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: - Azarkeşlərimizə təşəkkür edirəm.
Bu gün stadionda tam başqa ab-hava var idi. Hər oyunda onları gözləyirik. Azarkeşsiz futbol çox zəif görünür. Çox vacib qələbə qazandıq.
Onlardan razı qaldım. Sona kimi sürəti, dinamikanı saxlaya bildilər. "Neftçi" bir neçə yaxşı qol epizodu yaratdı.
Bu, onların gücündən xəbər verir. "Neftçi"yə, Samir Abasova uğurlar arzulayıram.
- 90 dəqiqə ərzində təzyiqi davam etdirməyinizi "Araz-Naxçıvan"la kubok oyununa hazırlıq kimi xarakterizə etmək olar? - Yox.
Belə planımız yox idi. Yanvar ayından bu yana bizim məşq etmək üçün bu qədər vaxtımız olmamışdı.