Qurban Qurbanov: Futbolçularımın yanındayam

31.01.2025

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə Yunanıstan təmsilçisi “Olimpiakos”a (Yunanıstan)(3:0) qarşı keçirdikləri UEFA Avropa Liqasının oyunundan sonra fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Liqa mərhələsinin son matçında məğlub olduqlarına görə üzgün olduqlarını bildirib:

“Oyun sona qədər çox dinamik keçdi. Azarkeşlər də yaxşı atmosfer yaratmışdılar. Birinci hissədə hər şey qaydasında idi. Futbolçularımın yaxşı mübarizə aparmaları mənim üçün çox vacib idi. Bu gün bunu gördüm. Təəssüf ki, texniki səhvlər oldu və qapımızda 3 qol gördük. İstənilən halda futbolçularımın yanındayam. Növbəti avrokubok mövsümünə hazırlaşmaq üçün bu oyunlar böyük təcrübə oldu. Avropada futbol get-gedə dəyişir. Biz də növbəti mövsüm üçün böyük fayda əldə etdik”.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью