Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Atletik"ə məğlub olub - 3:1.
Apasport.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sonra jurnalistlərə açıqlama verib.
Təcrübəli mütəxəssis səfərdə məğlub olduqları qarşılaşmanı şərh edib: "Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm.
Cari mövsüm əsas mərhələdə ilk qələbələrini qazandılar. Oyun yaxşı alındı. Ən azı məğlub olmaq istəmirdik.
Qarşılaşma boyunca şanslarımız var idi. Futbolçularım sona kimi mübarizə apardılar.
Dünən oyundan əvvəl mətbuat konfransında dediyimiz sözlərin canlı şahidi olduq. Dinamik və sürətli komandaya qarşı çıxış etdik.
Onlar sürətli tempi sona qədər qoruyub, saxladılar. Futbolçularımız üçün bu asan deyildi.