Qurban Qurbanov Hans Fliklə görüşdü

24.05.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun İspaniyaya səfəri başa çatıb.

QOL.az-ın xəbərinə görə, səfər zamanı Qurban Qurbanov, eləcə də onun bolqarıstanlı köməkçisi Çudomir Çakarov “Barselona”nın düşərgəsinə yollanıb. Səfərin məqsədi də elə Kataloniya komandasının baş məşqçisi Hans-Diter Flikin işi ilə tanışlıq olub.

“Barselona”nın bazasını ziyarət edən Q.Qurbanov Hans-Diter Fliklə görüşüb.

Xatırladaq ki, Q.Qurbanov bugünlərdə verdiyi açıqlamasında Hans Flikin işinin onun marağına səbəb olduğunu və buna görə də Kataloniya klubunun düşərgəsinə yollanmaq istədiyini demişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью