futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Premyer Liqasının XVII turunun “Qarabağ” – “Kəpəz” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– Azər Bağırovu, onun komandasını təbrik edirəm. Yaxşı mübarizə apardılar və layiqli qələbə qazandılar. Çox istəkli idilər. Öz futbolçularıma gəldikdə, deyəcək bir söz yoxdur. Alınmayanda alınmır. Çempionata yaxşı başlamaq istəyərdik. Bir daha göründü ki, hansısa oyun rahat, asan keçməyəcək. Bütün matçlara maksimum hazırlıq və motivasiya ilə çıxmalıyıq.
– Transferlərlə bağlı vəziyyət nə yerdədir?
– Danışıqlar gedən futbolçular var. Başa düşürük ki, yeni oyunçular lazımdır. Futbolçu gətirmək elə də asan deyil. Artıq komandalar daha təcrübəli olublar, bir-birini yaxşı tanıyırlar. Nəticələr göstərir ki, daha aktiv olmalıyıq, oyunlara məsuliyyətlə yanaşmalıyıq. Hər xal bizim üçün dəyərlidir.
– Bəhlul Mustafazadə üçün Çin klubundan təklif gəlib?
– Maraqlananlar var, təkliflər gəlir. Ancaq indi bütü diqqət “Liverpul”la oyundadır. Hələ nəsə qərar verilməyib.
– Bədavi Hüseynovun zədəsi ciddidir?
– Bəli, ciddi görünür. Başında şiş var idi. Özüm də görüb pis oldum.
– “Ayntraxt”la oyundan sonra sizin haqqınıza girənlərə haqqınızı halal edirsiz?
– Haqqım varsa, halal olsun. Mənə çox insan yaxınlaşıb deyib ki, haqqınızı halal edin, sizin haqda düz fikirləşməmişik. 10-15 ildir bu, davam edir. Tanımadan biri haqda fikir yürüdəndə belə hallar olur. Haqqım hamıya halaldır, bilmək olmaz bəlkə bu dünyadan daha tez köçdük.
– “Kəpəz”ə məğlubiyyətə görə futbolçuları cəzalandıracaqsız?
– Xeyr. Oyundan sonra futbolçulara motivasiya verdim. Futbolun özəlliyi, gözəlliyi odur ki, düşünmədiyin nəticələr olur. Qarşıdakı rəqibə həmişə dəyər vermək lazımdır.
– Elvin Cəfərquliyevin adı “Fənərbağça” ilə hallanır. Təklif var?
– Məndə belə məlumat yoxdur.
Şahin Cəfərov