Qurban Qurbanov: “Həmin stadionda xoş xatirəmiz var”

19.08.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" "Tvente" ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, matçdan öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

"Ağır səfərə yollanırıq. Həmin stadionda xoş xatirəmiz də var. Bu gün komandaya istirahət vermişdik. Sabah səhər məşqimiz olacaq".

- Son zamanlarda üzərinizdə təzyiq çoxdur...
- Hər zaman bütün Azərbaycan klublarının yanında olmalıyıq. Belə çətin dönəmlər, güclü rəqiblər olur. Mümkün deyil ki, hansısa komanda hər zaman çempion olsun, kuboklar qazansın. Futbol belə bir oyundur. İllərdir bu proseslər gedir. "Dinamo" ilə Bakıdakı oyundan sonra da belə fikirlər oldu. Biz öz yerimizdəyik, lakin digər rəqibləri də kiçiltmək lazım deyil. Bu, insanların bizə sevgisini azaldır. "Dinamo"nun əvvəlki ulduzları yoxdur. Amma yenə də "Dinamo"dur. Tarix yazacaq ki, "Qarabağ" bu klubu məğlub edib. Nə qədər kiçiltmək istəsələr də, tarixdə belə qalacaq. "Dinamo" mənim məşqçi karyeramda ən çətin, möhkəm rəqiblərdən biri idi.

Bu gün daha yaxşı ola bilərdik. Amma yolumuza davam edirik. Qorxmuruq, çəkinmirik. İşimizdən yorulmuruq. Hər zaman mübarizə aparırıq. Azarkeşlərimiz bundan narahat olmasınlar. Uğursuzluq həmişə olur. 

- Bu "Tvente" ilə daha öncə qarşılaşdığınız "Tvente"nin fərqi nədir?
- Biz o dönəmdə daha yaxşı idik. Hazırda zədəli futbolçularımızın çox olduğunu nəzərə alaraq bunu deyirəm. "Tvente" bu gün çox kommunativ futbol oynayır. Dinamik futbolçuları çoxdur. Azarkeşlərin sevdiyi futbolu oynayırlar. Maraqlı oyun alınacaq. Hər dönəmin öz komandası, öz tələbləri var. Kim bu tələblərə dözürsə, o da uğur qazanır. Futbolçularımın üzərinə daha çox məsuliyyət düşəcək. Buna inanıram.

- Elvin Cəfərquliyevlə Abdullah Zubirin anlaşması çox yaxşı idi. Hazırda Zubirin mövqeyinə kimisə çəkməyi düşünürsünüz, yoxsa yeni transfer edəcəksiniz?
- Nadir hallarda belə tandemlər olur. Onların bir-birini tamamlaması bizim xeyrimizə idi. Mütləq ki, əvəzləmələr olacaq. Başqa kombinasiyalar düşünəcəyik. Hazırda Sefası düşünürük. Lakin onun travması var. Oynayıb-oynamayacağını bilmirik. Lakin axtarışlarımız gedir. Məşqçi daha çox öz istədiyi sistemə uyğun futbolçular axtarır.

"Qarabağ" azarkeşlərinə 1500 yer ayrılıb Millimiz yenə məğlub oldu: BU DƏFƏ 5 QOL BURAXDI Fərid Namazov: “Tənqidlərə açığıq” Əliyar Ağayev Mahir Emrelinin matçına təyinat alıb Konfrans Liqası: Emrelinin komandası növbəti mərhələdə - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью