Qurban Qurbanov: “Hər mövqeyə axtarışlar gedir”

16.12.2024

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Premyer Liqasının XVII turunun “Qarabağ” – “Sumqayıt” oyunundan (5:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Vaqif Cavadova uğurlar arzulayıram. Onu burada görmək çox xoş oldu. Futbolçularımı təbrik edirəm, vacib qələbə idi. Müdafiədə itkilərimiz var, zədəlilərimiz çoxdur. Bu gün də Bədavi əzələsində ağrı hiss etdi. Futbolçularımızı istirahətə sağlam buraxmaq istəyirik, amma alınmır. Bizi narahat edən məsələlərdən biri budur. Heyətdə dəyişiklik edirik və bəzən səhvlərimiz olur. Demək olar, eyni oyunçular eyni mövqe səhvlərinə yol verirlər. Yəqin, ilin sonudur və istirahəti düşünürlər.

– Toral Bayramov mərkəz müdafiəçisi mövqeyində necə təsir bağışladı? Ona yerə həmin mövqedə şans verəcəksiz?
– Oyun tərzinə baxanda hazırda müdafiəçilərin içində ən uyğunu Toraldır. Təki digərləri sağlam olsun və belə bir ehtiyacımız olmasın. Toralın hücumu başlatmaq qabiliyyəti var, onun ötürmələri daha dəqiqdir. Lazım olduqda onu orada istifadə edə bilərik.

– Qışda mərkəz müdafiəçisi transferi gözlənilir?
– Hər mövqeyə axtarışlar gedir. Mərkəz müdafiəçisi mövqeyi üçün də ciddi axtarışdayıq.

– Daxili çempionatda bəyəndiyiniz futbolçular var?
– Maraqlandığım futbolçular var.

Şahin Cəfərov

Əsas xəbərlər, Manşet, Premyer liqa “Qarabağ” 3 xalı 5 qolla qazandı

16 Dekabr 2024, 20:55

Böyük beşlik, Əsas xəbərlər “Qarabağ” – “Sumqayıt”: heyətlər məlum oldu

16 Dekabr 2024, 18:10

Əsas xəbərlər, Premyer liqa “Qarabağ”ın oyunu Əhmədova tapşırıldı

16 Dekabr 2024, 16:52

Əsas xəbərlər, Manşet, Premyer liqa Turun son oyununa doğru: statistika nə deyir?

16 Dekabr 2024, 14:14

Əsas xəbərlər, Manşet, Premyer liqa “Neftçi” qələbə axtarışında, Zirədə avrokubok mübarizəsi

14 Dekabr 2024, 10:26

Əsas xəbərlər, Ölkə futbolu Sloveniya klubunun rəsmiləri “Qarabağ”ın qonağı oldu

14 Dekabr 2024, 9:55

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью