Qurban Qurbanov hətta özünü də cərimələdiyini deyir | Icma.az
Icma.az, Qol.az portalına istinadən məlumat yayır. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyir ki, futbolçuların narazılıq bildirdiyi vax
QOL.az xəbər verir ki, Avropa Liqasının 5-ci turundan Ağdam klubu öz meydanında “Lion”a (Fransa) 1:4 hesabı ilə uduzub.
Matçdan sonra təşkil olunan mətbuat konfransında 52 yaşlı mütəxəssis futbolçularına narazılığını bildirib-bildirməməsinə toxunub.
Həmçinin oxuyun: “Narazılığın da həddi var” - Qurban Qurbanov Onun sözlərinə göeə, hətta qalib gəldikləri oyunda belə futbolçulara iradları olub: “Bəzən uduzmuşuq, amma oyundan razı qalmışam.
Bunlar işimizin bir hissəsidir. Cərimələr də olur, narazılıq da bildirilir. Həm fərdi, həm də kollektiv şəkildə.
Bu oyuna görə futbolçulara narazılıq bildirmədim. Narazılığın da həddi var. Hansısa formada narazılıq edirik.
Siz rahat olun, lazım olanda etiraz da bildiririk, cərimələr də olur. Lazım olanda, özümü də cərimə etmişəm. Biləsiniz. İş prinsipimizdir.
Bu futbolçulara bəzən təşəkkür edirəm ki, neçə illərdir, minimum bu səviyyəni qoruyub saxlayıblar.
Tam oxu
Xəbəri oxu