Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
"Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turu çərçivəsində Bakıda "Ayntraxt"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: - İlk olaraq, deyim ki, bu tarix Azərbaycan üçün ağır gün olub.
Başımız sağ olsun. Oyuna gəldikdə, çox vacib matçdır. Düzdür, hazırlaşmağa vaxtımız çox da olmadı.
Hər bir halda, vaxtımız oldu ki, istirahət edək və oyuna daha sakit hazırlaşaq. Az vaxtdan səmərəli istifadə etdik.
Çalışdıq ki, futbolçularımızı bu oyuna fiziki cəhətdən hazırlayaq. Bir oyun da əlavə oynasaydıq, daha yaxşı olardı.
Futbolçularım çox istəkli və intizamlı idilər. İnanıram ki, sabah meydanda çox intizamlı kollektiv görəcəyik.
Rəqibin düşərgəsində bəzi dəyişikliklər olub. Bu, bizə mane olan amillərdəndir. Komanda daha yığcam, daha istəkli və daha intizamlı olacaq.