Qurban Qurbanov: “İstədiyimiz kimi hazırlaşa bilmədik”

15.09.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının I turunun "Benfika" - "Qarabağ" matçından öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis görüş barədə fikirlərini bölüşüb:

"Bu gözəl stadionda oynamaq, bu şəhərdə olmaq bizim üçün çox xoşdur. İstərdik ki, oyuna daha yaxşı hazırlaşaq. Amma bəzi səbəblərə görə istədiyimiz kimi hazırlaşa bilmədik. Futbolçularıma güvənirəm. Onlar sabah özlərinin ən yaxşı oyunlarından birini oynayacaqlar. İllərdir biz turnirin həlledici mərhələlərində çıxış etmirdik. Buna görə də inanıram ki, futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar".

Mançester derbisində “Siti”dən inamlı qələbə AFFA nümayəndəsi “Bavariya” - “Çelsi” matçında Yığmamız Avropa çempionatında 3-cü yeri tutub “Benfika” - “Qarabağ” matçında söz sahibi o olacaq “Beşiktaş”dan əzmkar qələbə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью