Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ” Futbol Klubunun (FK) baş məşqçisi Qurban Qurbanov jurnalistləri oğlu Musanın toyuna dəvət edib.
Mia.az xəbər verir ki, toy sentyabrın 8-də “Neolit” restoranında olacaq. Toyda tanınmış adamların iştirakı gözlənilir.
Keçən ilin noyabrında nişanlanan, “Qarabağ” Futbol Klubunun hücumçusu, 23 yaşlı Musa Qurbanlı evlənir.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun yeganə oğlu olan Musa “Qoç Ət restoran və Fermer market” MMC-nin rəhbərlərindən biri olan Sənan Təhməzovun qızı Əsmər Umidzadə ilə ailə quracaq.
Q.Qurbanovun qudası və onun qardaşı Qəhrəman Təhməzov təkcə restoran şəbəkəsi ilə yox, 44 günlük müharibə zamanı cəbhəyə aktiv yardım aparan iş adamları kimi tanınır.
Təsadüfi deyil ki, iş adamlarının Qarabağ sevgisi hökumət tərəfindən laqeyd qarşılanmayıb.
Qayıdış proqramı çərçivəsində işğaldan azad edilən rayonlarda öz sərmayəsi hesabına restoran fəaliyyəti, kənd təsərrüfatının heyvandarlıq sahəsində, həmçinin otelçiik xidməti göstərilməsi üçün MMC rəhbərliyi hökumətə müraciət edərək müsbət cavab alıb.