Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Sosial şəbəkələrdə “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun Kadi Borqesin son dövrlərdəki çıxışından və artıq çəkisindən narazı olduğu barədə məlumatlar yayılıb.
İddialara görə, mütəxəssis uzun müddətdir braziliyalı futbolçunun çəkisi ilə bağlı problem yaşayır.
Həmçinin Kadiyə yeni klub axtarmağın tövsiyə olunduğu, “Qarabağ”ın isə münasib təklif alacağı təqdirdə futbolçunun transferinə razılıq verməyə hazır olduğu bildirilir.
Məsələ ilə bağlı İdman.Biz Ağdam klubunun mətbuat xidməti ilə əlaqə saxlayıb.
Klubdan bildirilib ki, Kadi Borqeslə bağlı yayılan xəbərlər, o cümlədən onun komandadan ayrılacağı barədə iddialar həqiqəti əks etdirmir.
Qeyd edək ki, 2021–2022-ci illərdə “Qarabağ”da çıxış edən Kadi Borqes 75 oyunda 28 qol vurub. O, həmin dövrdə Azərbaycan çempionu və kubokunun qalibi olub. Daha sonra 5 milyon avro qarşılığında “Krasnodar”a transfer olunub. Rusiya klubu isə braziliyalı futbolçunu 1,5 il sonra eyni məbləğə “Ferentsvaroş”a satıb. Kadi 2025-ci ilin fevralında Macarıstandan Azərbaycana qayıdaraq “Qarabağ”la 4 illik müqavilə imzalayıb.