Qurban Qurbanov Lionla oyundan danışdı

27.11.2024

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"Çox keyfiyyətli komandaya qarşı oynayacağıq".

Moderator.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda "Lion"la (Fransa) oyundan əvvəl keçirilən mətbuat konfransında bildirib.

Mütəxəssis komandanın sabahkı görüşə hazırlığını dəyərləndirib:

"Vacib oyundur, pis hazırlaşmamışıq. Çox istəyirik ki, azarkeşlərimizi sevindirək və uğurlu çıxış edək".

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью