Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turu çərçivəsində keçirilən “Napoli” (İtaliya) - “Qarabağ” matçının (2:0) ardından baş məşqçimiz Qurban Qurbanov fikirlərini açıqlayıb.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:
“Komandamızın oyunundan razı qaldım. Məğlub olmağımıza baxmayaraq, futbolçularımız çəkinmədilər, sona kimi mübarizə apardılar və cəsarətli oyun göstərdilər. Qarşımızda keyfiyyətli futbolçuları olan komanda var idi. Belə rəqiblə sona kimi vuruşduq. Belə də davam etməliyik. Bu turnirdə keçirdiyimiz hər oyundan həzz almalı və böyümək üçün inamlı çıxış etməliyik”.
İstanbulda "Qalatasaray"a soyuq duş “Qarabağ”ın U-19 komandası İtaliyada məğlub oldu “Napoli” - “Qarabağ” matçı bərpa olunub - YENİLƏNİB Qurban Qurbanov: “Antonio Kontenin heç bir oyunda diqqətsiz olduğunu görməmişəm” Marko Yankoviç: “Güclü komandalara qarşı oynamağı bacarırıq”