Qurban Qurbanov: Məğlub olsaydıq da, oyuna yanaşmadan razı qalacaqdım | Icma.az
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır. "Hər iki komandanın futbolçularına təşəkkür edirəm.
Mübarizəli, dinamik matç oynadılar. Möhtəşəm ab-hava var idi. Çox istərdik ki, 3 xal qazanaq. Amma bir xal da pis nəticə deyil".
Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 12-ci turunun "Turan Tovuz"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
- Qarşıdakı matçınız "Bodo-Qlimt"lə olacaq. Onlar da süni ot örtüyündə oynayır. "Turan Tovuz"la görüş bu mənada yaxşı oldu?
- Haradasa belə düşünmək olar. Meydança amili də təbii ki, önəmlidir. Bizim üçün çox yaxşı oldu.
Futbolçuların hazırlıq səviyyəsi də düzəlir. - Yassin Benziyanın oynamamasının səbəbi nə idi? - Əzələsində ağrılar hiss etdi.
İki gün əvvəl baş verdi. Həkimlərin dediyinə görə, 2-3 gündən sonra düzəlməlidir.
- Leandro Andrade matçın ilk hissəsində zədələndiyinə görə meydandan çıxarıldı. Onun durumu nə yerdədir? - Belində ağrı hiss etdi.
Tam oxu
Xəbəri oxu