Qurban Qurbanov nə cəza verib?

06.11.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə matçda mübahisə edən Mateus Silva və Marko Yankoviçi əsas heyətdən kənarlaşdırıb?

Klubun mətbuat xidmətindən “Futbolpress.az“a verilən açıqlamada yayılan məlumatların doğru olmadığı bildirildi:

“Mateus Silva və Marko Yankoviçin əsas komandadan uzaqlaşdırılması haqda məlumatlar həqiqəti əks etdirmir. Futbolçuların cəzalandırılması ilə bağlı klubdaxili intizam qaydalarına uyğun olaraq müvafiq tədbirlər görülür. Bununla belə, klubdaxili intizam məsələlərinin detalları barədə ictimaiyyətə əlavə məlumat verməyi məqsədəuyğun hesab etmirik”.

Hər iki oyunçunun bu gün “Turan Tovuz”la oyunda iştirak edib-etməyəcəyi isə sual altındadır:

“Bugünkü oyunla bağlı heyət qərarı baş məşqçinin səlahiyyətindədir. Futbolçuların oyunda iştirak edib-etməyəcəyi ilə bağlı əvvəlcədən konkret fikir bildirməyimiz doğru olmaz”.

“Qarabağ” – “Turan Tovuz” oyunu saat 18:00-da başlayacaq.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью