Qurban Qurbanov: Ola bilsin ki, zədəsi ciddi olsun

01.12.2024

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Misli Premyer Liqasının 15-ci turunda "Neftçi" "Qarabağ"a məğlub oldu - 0:3.

Bakıvaxtı.az Offsideplus.az-a istinadən bildirir ki, oyundan sonra qonaqların çalışdırıcısı Qurban Qurbanov mətbuat konfransında iştirak etdi. 

Mütəxəssis qələbə haqda bunları söylədi:

"Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi. İstəyirdik ki, yaxşı oynayaraq nəticə qazanaq. İlk hissədən razı qalmadım. Çox yaxşı atmosferdə oynadıq. Ümumiyyətlə, həmişə burada maraqlı oyun keçir. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Romao zədələndi. Ayağı şişdi. Ola bilər ki, durumu ciddi olsun. Çünki ayağı çox şişmişdi. Sabah dəqiq bilinəcək. Elvində ikinci sarı vərəqəyə görə ehtiyat etdim. Düşündüm ki, yenə cəzalana bilər. Birinci qol epizodunda sarıya əsəbiləşdim. Onlar azarkeşlərə heç nə etmirdilər. Kim-kim Leo? Elçin də etirazla razılaşdı. Əliyar niyə belə etdi, bilmədim. Sadəcə, onlar həmişə qoldan sonra elə şəkil çəkdirirdilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью