Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun qarşıdakı matçda neçə futbolçunun xidmətindən istifadə edə bilməyəcəyi bəlli olub.
Bu barədə Fanat.Az-a Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev məlumat verib.
O, Misli Premyer Liqasının 1-ci turundan təxirə salınan, bölgə təmsilçisinin bu gün Masazırda "Sabah"a qarşı keçirəyi görüşü 3 futbolçunun kənardan izləyəcəyini bildirib:
"Cəzalı futbolçu yoxdur. Qapıçı Şahruddin Məhəmmədəliyev, müdafiəçi Abbas Hüseynov və yarımmüdafiəçi Kadi zədə səbəbindən oynamayacaqlar".
Qeyd edək ki, "Sabah" hazırda 2 xal geri qaldığı "Qarabağ"ı yenəcəyi halda, liderliyə yüksələcək.
Nihat