Qurban Qurbanov: “Onunla danışığımız olmayıb” | Icma.az
Icma.az, Apasport portalına istinadən məlumat verir. Misli Premyer Liqasının XXXI turunun "Qarabağ" - "Neftçi" matçından (3:0) sonra ağdamlı
"Azarkeşlərimizə təşəkkür edirəm. Bu gün stadionda tam başqa ab-hava var idi. Hər oyunda onları gözləyirik.
Azarkeşsiz futbol çox zəif görünür. Çox vacib qələbə qazandıq. Onlardan razı qaldım. Sona kimi sürəti, dinamikanı saxlaya bildilər.
"Neftçi" bir neçə yaxşı qol epizodu yaratdı. Bu, onların gücündən xəbər verir. "Neftçi"yə, Samir Abasova uğurlar arzulayıram".
- 90 dəqiqə ərzində təzyiqi davam etdirməyinizi "Araz-Naxçıvan"la kubok oyununa hazırlıq kimi xarakterizə etmək olar? - Yox.
Belə planımız yox idi. Yanvar ayından bu yana bizim məşq etmək üçün bu qədər vaxtımız olmamışdı.
Komandanı daha yaxşı bərpa etməyə 8 gün vaxtımız var idi. Bu gün göründü ki, həmin mikro tsikldən yararlana bilmişik.
Futbolçular 90 dəqiqə ərzində meydanda gücü, sürəti qoruyub-saxlaya bildilər. - Kevin Medinanın yayda müqaviləsi bitir.
Tam oxu
Xəbəri oxu