Qurban Qurbanov: Özümüzü Liverpul la oyuna kökləməliyik

27.01.2026

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

""Liverpul"a qarşı ən yaxşı oyunumuzu göstərəcəyik".

Reyting.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda "Liverpul"a qarşı keçirəcəyi oyundan öncə mətbuat konfransında deyib.

Baş məşqçi turun son matçına çıxacaqlarını xatırladıb: "Əsas mərhələnin son oyununa çıxırıq. Möhtəşəm stadionda və möhtəşəm azarkeşlər qarşısında çıxış edəcəyik. "Liverpul"un heyətində olan futbolçular hər zaman qələbəyə istəklidirlər. Çox istəyirik ki, İngiltərədə yaxşı oyun sərgiləyək. İnanıram ki, futbolçularım sabah ən yaxşı oyunlarından birini göstərəcəklər. Hazırda hər kəs pley-off mərhələsi barədə danışır. Biz hazırda özümüzü "Liverpul"la oyuna kökləməliyik. Hər vaxt belə komandalarla matçda, bu cür azarkeşlər qarşısında futbolun dadını hiss edə bilmirsən. İnanıram ki, sabah futbolçularımın fikri başqa qarşılaşmalarda yox, bu matçda olacaq. Hər kəs özünü yaxşı tərəfdən göstərməli, nizamlı çıxış etməlidir".

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью