Icma.az, Idman.biz saytına istinadən bildirir. “Qarabağ” qış transfer pəncərəsində heyətinə yeni futbolçu cəlb etməyi düşünür.
İdman.Biz xəbər verir ki, bu barədə “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
"Heyətimizə yeni oyunçu transfer etmək ehtimalı var. Amma bu barədə dəqiq məlumat yoxdur", - deyə baş məşqçi bildirib.
Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
İdman.Biz Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.