Qurban Qurbanov qarşıdakı oyunda neçə futbolçunun xidmətindən məhrumdur? Dəqiqləşdi

01.02.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun qarşıdakı matçda neçə futbolçunun xidmətindən istifadə edə bilməyəcəyi dəqiqləşib.

Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Misli Premyer Liqasının 18-ci turu çərçivəsində "Turan Tovuz"la üz-üzə gələcək Ağdam təmsilçisinin cəzalı oyunçusu yoxdur. 

Qurbanov Tovuz komandasına qarşı yalnız bir futbolçunu oynatmayacaq ki, bu da zədədən sonra müalicəsi davam edən qapıçı Şahruddin Məhəmmədəliyevdir. 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Turan Tovuz" matçının start fiti 18:30-da səsləndiriləcək.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью