Qurban Qurbanov: “Qələbə qazanmaq gücündəyik”

11.12.2024

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasında sabah “Elfsborq”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis İsveçdə baş tutan mətbuat konfransında bunları deyib:

– Hər iki komanda üçün vacib oyundur. Avropa Liqasında ilin son matçı olacaq. Səfərdə oynayırıq. Rəqib baş məşqçinin fikirlərini oxudum və anladım ki, oyuna çox ciddi hazırlaşırlar. Sabah çox güc sərf etməli olacağıq. Səliqəli oynamaq vacibdir. Maksimum düşünməliyik. Çalışacağıq ki, sərfəli nəticə ilə meydanı tərk edək. Tam olmasa da, hazırıq.

– Qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsiniz?
– Həqiqətən, vacib oyundur. Üç xal qazanmaq gücündəyik. Futbol elə səviyyədədir ki, hər komanda digərinə qalib gələ bilər. Qarşımızda intizamlı komanda var. Çox güc sərf etməli ola bilərik. Düşüncələrimiz tam həyata keçərsə, bu komandaya qalib gəlmək gücündəyik. Diqqətli və intizamlı oynayıb, bunu bacara bilərik.

– Heyətdə itkilər var. Sabah Kevin Medinanın oynamaq ehtimalı varmı və təxmini start “11-liy”ini qurmusunuzmu?
– İtkilər var, xüsusilə də, müdafiədə. Bəhlul, Medina yoxdur. Bir də görünməyən tərəflər var ki, bəzi oyunçuların mikrozədələrinin olmasıdır. Sabaha kimi vaxtımız var. Həkimlərimizlə məsləhətləşəndən sonra qərar verəcəyik. Süni örtüklü meydançada oynayacağıq. Bəzi oyunçularda problemlər var. Təcrübəli futbolçularımızla çalışacağıq ki, ən uyğun addımı ataq.

Şahin Cəfərov

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ” bizə uyğun komandadır” – Ahmed

11 Dekabr 2024, 21:35

Əsas xəbərlər, Ölkə futbolu Qurban Qurbanov jurnalistlərlə görüşəcək

11 Dekabr 2024, 9:59

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ” “Elfsborq”la oyuna itkilərlə çıxacaq

11 Dekabr 2024, 9:51

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Qarabağ”ın növbəti İsveç səfəri

11 Dekabr 2024, 8:01

Əsas xəbərlər, Manşet, Premyer liqa APL: səfərdə məğlubiyyət və qələbə görməyənlər

10 Dekabr 2024, 21:04

Əsas xəbərlər, Ölkə futbolu Portuqaliyalılar “Qarabağ”ın oyununda olacaq

10 Dekabr 2024, 13:54

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью