Qurban Qurbanov: Qələbə qazanmaq istəyirik | Icma.az
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir. Rumıniya klubu ilə görüşdə qələbə qazanmaq istəyirik.
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Rumıniya təmsilçisi FCSB-yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis ilin ilk avrokubok matçına çıxacaqlarını bildirib: "Pis hazırlaşmamışıq. Bəzi problemlərimiz var.
Hansı komandaya qarşı oynayacağımızı bilirik. Rumıniya futbolu sərtliyi ilə seçilir".
Q.Qurbanov qarşılaşmada hansısa ciddi taktiki dəyişikliklər etməyəcəklərini diqqətə çatdırıb: "Hücumun qurulmasında hansısa xırda dəyişiklik ola bilər.
Öz sistemimizi daha da yaxşılaşdırmağa çalışacağıq. Sabahkı matçda səhv etməməliyik. Rəqib bunu bağışlamayacaq.
Bəzi məqamlara xüsusi diqqət ayırmalıyıq". Təcrübəli baş məşqçi rəqibin prezidentinin iddialı açıqlamasına münasibət bildirib: "Bu, normaldı
Hər klubun rəhbəri, məşqçisi, futbolçusu istənilən açıqlamanı verə bilər. Biz də qalib gəlmək niyyətindəyik".
Tam oxu
Xəbəri oxu