Qurban Qurbanov qələbəni belə şərh etdi

21.08.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə.az "Report"a istinadla xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Niderlandda "Tvente"yə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

"Futbolçularımı təbrik edirəm. Yaxşı mübarizə apardılar, çox güc sərf etdilər. Komanda olaraq üçüncü dəfədir ki, bu meydanda oynayırıq. Bu stadiondan, azarkeşlərdən və oyundan hər dəfə daha çox zövq aldıq. Rəqibin fanatlarına təşəkkür edirəm. Bizim də tərəfdarlarımız var idi, dəstək olurdular".

Q.Qurbanov çox vacib qalibiyyət əldə etdiklərini vurğulayıb:

"Bakıda cavab qarşılaşması olacaq. İkinci oyunda daha diqqətli və intizamlı çıxış etməliyik. İnanıram ki, həmin matç da maraqlı keçəcək və azarkeşlərimizi sevindirə biləcəyik".

Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью