Qurban Qurbanov qərarını açıqladı

14.09.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov intizam qaydalarını pozduğu üçün əvəzedici heyətə göndərilən cinah müdafiəçisi Abbas Hüseynovun komandadakı gələcək taleyi ilə bağlı qəti mövqeyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, təcrübəli mütəxəssis futbolçunun əsas komandaya dönmək şansının olmadığını və ona özünə yeni klub tapmasının həvalə edildiyini kəsdirib atıb:

"Abbas Hüseynovun əsas komandaya qayıtmaq ehtimalı yoxdur. Ona hər şey bildirilib. Danışılacaq bir şey yoxdur", — deyə Qurban Qurbanov vurğulayıb. Dominos pizza

Qeyd edək ki, bir müddət əvvəl intizamsızlıq səbəbindən əsas heyətdən uzaqlaşdırılaraq "Qarabağ-2" komandasına göndərilən 29 yaşlı müdafiəçinin Ağdam təmsilçisi ilə yolları tamamilə ayırmaq ərəfəsində olduğu bildirilir.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью